Azərbaycanda əhalinin siyahıya alınması keçiriləcək

Prezident İlham Əliyev2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında fərman imzalayıb.

Prezident İlham Əliyev2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, əhalinin növbəti siyahıya alınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçiriləcək.

Əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə 2019-cu ildə əhalinin siyahıya alınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31