Azərbaycan prezidenti makedoniyalı həmkarını təbrik edib
Azərbaycan prezidentiİlham Əliyev Makedoniya Respublikasının prezidenti Gyorge İvanova təbrik məktubu göndərib.
7 Sentyabr 2016 18:22 SiyasətAzərbaycan prezidentiİlham Əliyev Makedoniya Respublikasının prezidenti Gyorge İvanova təbrik məktubu göndərib.
Məlumata görə, məktubda deyilir: "Hörmətli cənab prezident. Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan və Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri, daim genişlənən əlaqələrimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına əmin-amanlıq və rifah arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31