İlham Əliyev San-Marinonun Kapitan-Regentlərini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Can Nikola Bertiyə və Massimo Andrea Uqoliniyə təbrik məktubu ünvanlayıb.
2 Sentyabr 2016 18:23 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Can Nikola Bertiyə və Massimo Andrea Uqoliniyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost San-Marino xalqına daim sülh və rifah diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31