Türkiyə telekanalında Gülən rüsvayçılığı - VİDEO - FOTO

İki gün öncə Türkiyənin bir neçə telekanalı ilə yanaşı, məşhur ATV telekanalında da bir süjet yayımlandı.

Burada dünyaca məşhur olan "GTA IV" oyunun parollarının Fətullah Gülənə məxsus "gizli şifrə" kimi təqdim edilmişdi. Süjetdə "GTA" oyununda istifadə edilən şifrələrin Fətullah Gülənə məxsus və 15 iyul hadisələrinin "gizli şifrə"si olduğunu iddia etdilər.

Milli.Az bildirir ki, sosial şəbəkə istifadəçiləri ATV-də yayımlanan həmin süjeti və "GTA IV" oyununun şifrələrini paylaşaraq telekanalın səhvə yol verdiklərini göstəriblər.

Sözügedən telekanal yanlışlığa yol verdikləri üçün ötən axşam, xəbərlər buraxlışında hər kəsdən üzr istəyib.

Milli.Az ATV-nin üzrxahlıq açıqlamasını təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31