Ərdoğan Türkiyə vətəndaşlarının çoxunun ölüm hökmünü dəstəklədiklərini bildirdi

"Türkiyə vətəndaşlarının 57 faizi ölkədə ölüm hökmünün tətbiqinin tərəfdarıdır".

"Türkiyə vətəndaşlarının 57 faizi ölkədə ölüm hökmünün tətbiqinin tərəfdarıdır".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın "RaiNews24" telekanalına müsahibəsində deyib.

"Parlament bunun lehinə səs versə, heç kim buna mane ola bilməz", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyənin ölüm hökmünü bərpa edəcəyi təqdirdə Avropa İttifaqının dərhal ölkənin Avropa blokuna qoşulması prosesini dayandırmalı olacağını söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31