Türkiyədə çevriliş cəhdi ilə bağlı kitab nəşr edildi - Azərbaycanın da adı salındı
1 Avqust 2016 13:17 SiyasətTürkiyədə hərbi çevrilişə cəhd ilə bağlı kitab nəşr edilib.
Trend bildirir ki, kitabda Azərbaycan çevrilişə cəhd zamanı Türkiyəyə dəstək göstərən ilk ölkələrdən biri kimi qeyd olunub.
Kitabda həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin türk xalqına müraciəti də yer alıb.
Bundan əvvəl, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Azərbaycan Türkiyədə hərbi çevrilişə cəhddə əli olan Fəthullah Gülən hərəkatı ilə mübarizəyə mühüm töhfə verib.
Onun sözlərinə görə, Azərbaycanın Gülən hərəkatı ilə mübarizədə verdiyi dəstək Türkiyənin qardaş ölkələri üçün nümunə olmalıdır.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31