Ermənistanda hakimiyyət dəyişdi

 

"Yəni ölkədə hakimiyyət olması, əmrlərin yerinə yetirilməsi üçün cəmiyyət iqtidara inanmalıdır. İndi bu inam yoxdur. Ermənistan prezidenti Serj Sarkisyan legitimliyini itirib. Zatən, onun belə legitimliyi də yoxdu. İndi o nə xarici siyasəti, nə daxili siyasəti müəyyənləşdirə bilmir", - politoloq S.Zolyan söyləyib.

 

S.Zolyanın fikrincə, ölkədə hakimiyyətin dəyişdiyinə etiraz aksiyalarına çıxanların şüarları da dəlalət edir: "Onlar "Pavlik!", "Jirayr!" deyirlər. Yəni inandıqları adamların adlarını çəkirlər. Bu gün Ermənistanda siyasi gündəmi Serj Sarkisyan yox, Jirayr Sefilyan müəyyənləşdirir.  Bu gün o erməni cəmiyyəti üçün qəhrəmandır. Bu, faktdır və cəmiyyətlə hakimiyyət arasındakı uçurumu göstərir".

Politoloqun fikrincə, ölkədəki siyasi partiyalar vəziyyətdən sui-istifadə etməyə can atmaq əvəzinə böhrandan çıxış yolunu aramalıdır.
Onun fikrincə, problemi həlli Serj Sarkisyanın mövqeyində yox, cəmiyyətin konkret qərarlar qəbul etməsindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31