Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib

Azərbaycan Prezidenti İlham ƏliyevMərakeşin kralı əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb. 

Azərbaycan Prezidenti İlham ƏliyevMərakeşin kralı əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Əlahəzrət, əziz qardaşım,

Ölkənizin milli bayramı - Taxt-tac günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Mərakeş arasındakı qarşılıqlı inam və dəstəyə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim sülh və rifah diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31