Yaponiyalı nümayəndə: “Sizlərlə böyük işlər görmək istəyirəm”
3 İyun 2016 13:08 Siyasət"Bakı çox qəşəng və gözəl şəhərdir. Mən bu şəhəri görəndə çox təəcübləndim və onun gözəlliyinə heyran qaldım". Bunu Yaponiyanın nümayəndəsi Tetsio Kozasa Dünya Azərbaycanlılarının IV Qurultayında iştirakı zamanı deyib.
O bildirib ki, öz bizneslərini Bakıda genişləndirməyə hazırdır: "Biz öz texnologiyalarımızı Azərbaycanda təqdim etmək böyük şansa malikik. Dünya Azərbaycanlılarının IV Qurultayına gəlməyimdə də əsas səbəb sizinlə birlikdə böyük işlər görməkdir".
Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirib: "Ümid edirəm tezliklə bir razılaşma olacaq. Biz bunun üçün hamımız birlikdə işləməliyik və öz dostluğumuzu göstərməliyik. Buna görə də gəlin birlikdə işləyək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31