Almaniyanı peşman etməliyik!
3 İyun 2016 12:32 Siyasəthttp://www.azerhasret.com/?p=4818
Azər HƏSRƏT, [email protected]
Almaniya edəcəyini etdi. Bu da gözlənilirdi zatən. Çünki bu ölkə çağdaş Türkiyəni həzm edə bilmir. Hər fürsətdə onu aşağılayır, badalaq vurur, ayağından çəkir. Hətta illər öncə bu ölkənin TV kanallarından birində "Heyvanlar və türklər" adlı bir proqram da vardı. Etirazlardan sonra qapadıldı.
Türkiyə dövlət yetkililəri deyir ki, Almaniya Bundestagının qondarma erməni soyqırımıyla bağlı qəbul etdiyi qərarı yox sayırlar. Olsun. Var sayacaq deyillər ki?
Bunu anladıq. Bəs, həm Türkiyə, həm də digər türk dövlətləri bundan sonra nə etməlidir ki, Almaniyanın pis örnəyi başqa "almaniyakimilərə" də yoluxmasın?
Almaniyaya etirazlar kütləviləşsin, genişlədilsin. Faydalı ola bilər. Həm Türkiyədə, həm də özünü türk sayan dövlətlərin hər birində bu ictimai dinc etirazların təşkilinə geniş yer verilsin. Yetərli ola biləcəkmi? Qismən bəli. Bir müddət sonra ehtiraslar səngiyəcək, yenə də "dostluq" yelləri əsəcək. Uduzansa Türkiyə olacaq.
Bəs, daha nə edə bilərik? Nə edə bilərik ki, ehtiraslar sönsə belə Almaniya və potensial "almaniyakimilər" belə bir addımı təkrarlamağa cürət etməsin?
Çox sadə bir təklifim var: Almaniyanı peşman etməliyik! Bəli, məhz peşman etməliyik! Əlimizin altında internet, yeni informasiya savaşı texnologiyaları var. Millətcə səfərbər olunub Almaniyanın bütün kirli camaşırlarını dünyaya faş etməliyik!
Örnək üçün, bu millətin 1904-1907-ci illər arasında Namibiyada 100 mindən çox yerli sakini məcburi aclıq və susuzluqla məhv etməsi kimi bir vəhşəti yenidən dünyaya xatırlatmalıyıq. Qoy dünya bu "mədəni Avropa xalqı"nın nə qədər əzazil və zalım olduğunu görsün.
Yaxud da bütün dünyanın bildiyi 2-ci dünya savaşında 6 milyon yəhudinin başına gətirilənlərin şəkillərini, videolarını paylaşmalıyıq ki, "ali irqdən olan almanlar"ın əsl kimliyi təkrar xatırlansın!
İnsan dərisindən müxtəlif əşyalar düzəldən, diri insanları qaz kameralarında kütləvi şəkildə boğan, əlsiz-ayaqsız insanları diri-diri yandıran alman millətinin kasıba, məzluma daim əl tutan türk millətini ittiham etməyə haqqının olmadığını bütün dünyaya təkrar-təkrar duyurmalıyıq!
Və Türkiyə birdəfəlik Avropa Birliyi sevdasından vaz keçməli, üzünü Gündoğana - bizə sarı çevirməlidir! Türkiyənin nicatı Avropada deyil, Gündoğanda - Asiya bozqırlarındadır! Biz bir olduqdan sonra Almaniya da, onun qılverənləri də bizimlə hesablaşmaq zorunda qalacaq!
Hə, bir də bəzi dostlarımız iddia edir ki, guya Bundestagın bu qərarı erməni diasporunun daha bir uğurudur. Əsla belə deyil! Özümüzü aldatmayaq! Bu, ermənilərin özü üçün belə gözlənilməzdir. Sadəcə, Almaniyaya Türkiyəni növbəti dəfə vurmaq lazım idi, ona görə bu addımı atdılar. Ona görə də Almaniyanı peşman etmək boynumuzun borcudur!
Bir də almanların ağlı başında olanlarını səfərbər etmək lazımdır ki, onların vətənini dünyada biabır edəcək əməllərə imza atan deputatlarının başına ağıl qoysunlar.