Sevinc Fətəliyeva AŞPA komitəsinin baş məruzəçisi seçilib
3 İyun 2016 12:13 SiyasətYeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının növbəti içlasında Avropa Şurası Parlament Assambleyasının Sosial Məsələlər, Sağlamlıq və Davamlı İnkişaf komitəsində yenidən uşaqlar üzrə baş məruzəçi seçilib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı hakim pariyanın mətbuat xidməti yayıb.
Qeyd edək ki, Sevinc Fətəliyeva 2015-ci ildən Avropa Şurası Parlament Assambleyasının Sosial Məsələlər, Sağlamlıq və Davamlı İnkişaf komitəsində uşaqlar üzrə baş məruzəçidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31