Nalbandyan və həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib. APA-nın xəbərinə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter" səhifəsində yazıb: "Ermənistan xarici işlər naziri ilə ATƏT-in araşdırma mexanizminin yaradılması təklifi da daxil olmaqla Vyana sammiti qərarlarının həyata keçirilməsi ilə bağlı əla müzakirələrimiz oldu".

Qeyd edək ki, həmsədrlər və Azərbaycan xarici işlər naziri  Elmar Məmmədyarov arasında mayın 31-də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31