Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adlar verildi
2 İyun 2016 18:58 SiyasətPrezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, elm, mədəniyyət, incəsənət və jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Əməkdar elm xadimi"
Məmmədov Əmirullah Məmmədəli oğlu
"Əməkdar jurnalist"
Bağıyeva Mətanət Nəbi qızı
Məmmədov Nizami Zilli oğlu
"Əməkdar rəssam"
Zeynalov Yaşar Ələkbər oğlu
Səmədov Asim Rəsul oğlu
"Əməkdar artist"
İsmayilova Elnarə Telman qızı
Manafov İslam Atabala oğlu
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31