Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə 3 milyon manat ayrılıb
2 İyun 2016 18:34 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məlumata görə, Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Prezidentin ehtiyat fondundan Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31