Ermənistanın maskası yırtılıb

Mübariz Əhmədoğlu: “Bu ölkənin davranışları yeni müharibənin labüdlüyünü göstərir”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru Mübariz Əhmədoğlu iyunun 2-də ənənəvi mətbuat konfransı keçirib. Mərkəzin direktoru bildirib ki, hazırda dünyada cərəyan edən siyasi proseslər Azərbaycanın maraqlarına uyğun gedir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 28 may-Respublika günüdə qeyd etdi ki, Azərbaycan heç vaxt bu qədər güclü olmayıb, bizə heç kim yardım etməyib. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın iqtisadi və hərbi gücü sabitliyə, inkişafa yönəlib: "Düzdür, regionda sabitliyi pozmaq istəyən qüvvələr var. Ancaq Azərbaycan bu qüvvələrin qarşısında sipər çəkib". Onun sözlərinə görə, 4 günlük aprel döyüşləri Azərbaycana yeni imic gətirdi. İndi dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycanla hesablaşmaq zorunda qalıblar. Vəziyyət o həddə çatıb ki, hətta Çin Azərbaycana maraq göstərir. Bu isə o deməkdir ki, artıq Cənubi Qafqazda gedən prosesləri təhlil edən zaman Çinin də mövqeyi nəzərə alınmalıdır. Çünki, hazırda Çin də Azərbaycanla əməkdaşlığa can atır. Ehtimal ki, Çin artıq Xəzərin şimal sahilinə keçmək kursu götürüb. Bu məsələdə Azərbaycanla münasibətlər daha önəmlidir: "Göründüyü kimi aprel döyüşlərində Azərbaycanın uğurlarından biri ondan ibarətdir ki, artıq dünyanın güc mərkəzləri Azərbaycanla diktə dilində danışmır, əksinə onunla əməkdaşlıqda maraqlıdır. Çünki, onlar Azərbaycanla birgə layihələrin həyata keçirilməsinin vacibliyini anlayıblar". M.Əhmədoğlu bildirib ki, aprel hadisələrində Azərbaycanın ən böyük uğuru Ermənistan üzərində qələbənin əldə edilməsidir: "İndi beynəlxalq aləm etiraf edir ki, Azərbaycan real gücdür. Hesab edirlər ki, Azərbaycan nəinki Ermənistanın, eləcə də dünya ermənilərin qarşısında dura bilər. Lakin Ermənistandakı xəstə təfəkkürlü adamlar hesab edirlər ki, guya Azərbaycanın Ermənistan üzərindəki qələbəsində Rusiyanın dəstəyi var. Guya Rusiya imkan verib ki, Azərbaycan Qarabağdan nə qədər ərazi istəyir götürsün. Ermənistanın fikrincə, Azərbaycan qələbəni təkbaşına qazanmayıb, ona Rusiya şərait yaradıb. Təəssüf ki, Ermənistan yenə də özünü günahkar bilmir. Günahı digər yerlərdə, xüsusən Rusiyada axtarır. Lakin bu fikirlər qətiyyən həqiqətə uyğun deyil. Bu qələbə Azərbaycanın dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Azərbaycanın uğurlu diplomatiyası və hərbi siyasəti Ermənistan üzərindəki qələbəni təmin edib". M.Əhmədoğli fikrini onunla əsalandırıb ki, Ermənistan Rusiyanın Xarici İşlər Nazirliyini "işğal" etməcinə, daha dəqiq nazirlikdə çalışanların mütləq əksəriyyətinin erməni mənşəli olmalarına baxmayaraq bu ölkənin mövqeyi Azərbaycanın xeyrinə dəyişib. Çünki, Rusiya başa düşür ki, Qarabağ məsələsində ədalətsiz mövqe tutmaqla həm Azərbaycanı, həm də Ermənistanı itirə bilər. Bu isə Azərbaycanın uzun illər apardığı siyasətin nəticəsidir: "Hazırda ermənilər sanki Azərbaycan hökumətinin hazırladığı konsepsiya üzrə hərəkət edirlər. Əslində onların bundan kənara çıxmaq imkanları da yoxdur. Azərbaycan beynəlxalq aləmdə elə siyasət yürüdür ki, ermənilər bütün hərəkətləri ilə bizim xeyrimizə işləyirlər. Məlumdur ki, biz bütün hallarda Daqlıq Qarabağ məsələsini həll edəcəyik. Ancaq Azərbaycan-Ermənistan münasibətlər sistemi uzun müddət davam edəcək". Politoloq qeyd edib ki, Ermənistan işğalçı siyasətindən əl çəkmək niyyətində deyil, həm də beynəlxalq ictimaiyyətin rəyini nəzərə almaq barədə zərrə qədər düşünmür. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesinin indiki mərhələsində Ermənistanın yenə də destruktiv mövqe tutduğunu bildirib: "Həmsədr ölkələr, Xarici İşlər Nazirləri Vyanada prezidentlərin görüşünü təşkil etdilər. Ermənistan Vyana görüşünə üç şərtlə getmişdi: qoşunların təmas xəttindəki vəziyyət 1 aprel vəziyyətinə qaytarılsın; Azərbaycan yenidən atəşkəsi pozmayacağı ilə bağlı öhdəlik götürsün; Qoşunların təmas xəttində monitorinq mexanizmləri qurulsun. Lakin Minsk qrupu bunları nəzərə ala bilməzdi, almadı da. Amma vurğu Ermənistanın üç şərt irəli sürməsinin üzərindədir. İyunun əvvəllərində prezidentlər yeni görüşün vaxtını və yerini müəyyənləşdirməlidir. Yeni görüşdən Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli və ya birdəfəlik həllinə əsas yaradan hərtərəfli sülh sazişinin hazırlanması nəzərdə tutulur. Ermənistan bu dörd tezisdən yalnız birinci ikisini qəbul edir, üçüncü, dördüncü tezislərin adını çəkmir. Hərtərəfli sülh sazişinin hazırlanmasının vaxtının çatmadığını bildirir". Politoloq əlavə edib ki, Ermənistan münaqişə nəticəsində itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsində də pozucu mövqeyindən əl çəkməyib: "İtkin düşənlərin siyahısının dəqiqləşdirilməsi 2014-cü ilin noyabrında Parisdə prezidentlərin görüşü zamanı razılaşdırılmışdır. Lakin Sərkisyan Yerevana qayıdan kimi bu variantdan imtina etdi və Azərbaycan ərazisində ən böyük hərbi təlimlərə start verdi. İtkin düşənlərin siyahısının dəqiqləşdirilməsi Dağlıq Qarabağ müharibəsi regionunda kütləvi məzarlıqların aşkarlanması və bu məzarlıqlarda basdırılan meyitlərin eskumasiya olunaraq DNT analizləri vasitələri ilə şəxsiyyətini və beləliklə də milliyyətinin müəyyən olunması anlamındadır. Kütləvi məzarlıqları müəyyənləşdirmək üçün həmin ərazilərdə yaşamış əhalinin təmsilçiləri müvəqqəti də olsa bu ərazilərə qayıtmalıdır. Eləcə də DNT analizinin aparılması üçün azərbaycanlı ekspertlərin həmin ərazilərdə olması vacibi şərtdir. Ona görə, azərbaycanlıların müvəqqəti də olsa həmin regionlara qayıtması ermənilərdə xof yaradır. Bu səbəbdən də onlar həmsədrlərin Vyana görüşündən sonra yaydığı sənəddə öz əksini tapsa da Ermənistan buna razılıq vermir". Onun sözlərinə görə, Vyana görüşündən sonra ATƏT-in Minsk Qrupunun mövqeyində heç bir dəyişiklik baş verməyib. Minsk qrupu 3-5 il əvvəl nümayiş etdirdikləri mövqeni təkrar edirlər. ATƏT yeni mexanizm tapıb ki, bu da səyyar müşahidəçilərlə bağlıdır. Yəni, müşahidəçilər bir yerdə oturmayacaq, çiyinlərində kamera ərazidə monitorinq aparacaqlar. Bu isə monitorinq sisteminin mexanizminin dəyişdirilməsi deməkdir: "Erməni hərbçiləri Dağlıq Qarabağda Beynəlxalq Qırmızı Xaş Komitəsi və ATƏT təmsilçilərinə hədə gələrək onların fəaliyyət planını poza bildilər. Nəticədə aprel döyüşlərindən sonra meytilərin mübadiləsi prosesi bir neçə dəfə dayandırıldı. Bu vaxtadək ATƏT-in Minsk qrupu bu hadisəyə münasibət bildirməyib. Buna baxmayaraq, ATƏT təmsilçisi A.Kaspşikin əməkdaşlarının sayını artırmaq istəyir. Bu halda ziddiyyətli məqam yaranır. Əgər, ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin sayı artacaqsa, o zaman ermənilər danışıqların özlərinə sərf etməyən məcrasında bu beynəlxalq şəxsləri girov götürməklə danışıqlar prosesinə təsir edə biləcəklər". Politoloq deyib ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması Ermənistan üçün müşkül problemə çevrilib. Bu təkcə Ermənistan deyil, dünya ermənilərinin də gücsüzlüyünü göstərir. Hal-hazırda Daqlıq Qarabağın müstəqilliyinin tanınması Ermənistanın əlində Azərbaycana və beynəlxalq təşkilatlara qarşı şantaj elementi kimi istifadə olunur. Ermənistan hökuməti və parlamenti bu məsələdə ortalığa qəti mövqe qoya bilmirlər. Təsadüfi deyil ki, Vyana görüşü ərəfəsində Dağlıq Qarabağın müstəqiliyini tanıya bilməyən ermənilər onun Ermənistana birləşdirilməsi məsələsini gündəmə gətirdilər. Ermənistanın maskasının beynəlxalq ictimaiyyət qarşısında cırıldığını diqqətə çatdıran politoloqun sözlərinə görə, artıq bu ölkənin daxilində də narazılıqlar artıb. Böyük ehtimalla Ermənistanda daxili vəziyyətin gərginləşməsi prosesi baş verəcək: " Ermənistan Milli Təhlükəsizlik Xidməti "bir ordunun" ehtiyacını ödəyə biləcək miqdarda ərzaq məhsulları alıb. Sonradan Milli Təhlükəsizlik xidməti açıqlama verib ki, sən demə onların ərzaq bir aylıq yox, bir illik tələbat üçün nəzərdə tutulub. Bütün hallarda MTX-nın bir illik ərzaq və digər zəruri mallar ehtiyatı yaratması şübhə doğurur. Görünür, Ermənistanın xüsusi xidmət orqanı ölkədəki daxili vəziyyətin gərginləşməsi ilə bağlı məlumata malikdir".
Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya və İranın mövqeyinə gəldikdə politoloq hesab edir ki, Rusiyanın bu məsələdə rolu son illərdə ermənilər tərəfindən neqativ münasibət yaradıb. Lakin ermənilər anlamalıdırlar ki, Rusiya Dağlıq Qarabağın ərazisinə daxil ola bilməz. Ermənistan isə Dağlıq Qarabağı tanımayıb və ona görə də Rusiyadan aldığı silahı bu əraziyə göndərə bilməz: "Bu məsələdə İranın mövqeyində orjinallıq açıq şəkildə üzdədir: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT MQ məşqul olur. Azərbaycana xitabən ATƏT MQ-ni xristian klubu kimi neqativ formada təqdim edən rəsmi Tehran Ermənistanda bu dövlətin maraqlarına uyğun olduğu üçün qurumun fəaliyyətini dəstəkləyir".


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31