İran Gürcüstandakı azərbaycanlıları necə ələ alır?
2 İyun 2016 15:34 Siyasət"İran ayətullahları Gürcüstanın azərbaycanlılar yaşayan ərazisində məscid və uşaq bağçaları inşa etməyə başlayıblar. İranın bu istiqamətdə atdığı addımın mahiyyəti bəllidir. Həm dini yaymaq adı ilə özlərinin dövlət siyasətini reallaşdımaq, həm də tarixi Səfəvi dövləti olan Gürcüstanı yenidən aurasına qaytarmaq". Bunu deyən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, müasir dövlətçilik prizmasından yanaşdıqda İranın hər iki niyyəti zərərlidir: "İş burasındadır ki, İranın Gürcüstanda apardığı aqressiv siyasət Gürcüstan-Azərbaycan münasibətlərinə zərbə vura bilər. Gürcüstandakı azərbaycanlılarımız İrana bağlandıqca onların Gürcüstan və Azərbaycan dövlətçiliyinə münasibətləri zəifləyəcək, Ermənistana münasibətləri daha da loyallaşacaq. Bu gün Azərbaycanda bəzi İran vətəndaşlarının Ermənistanın maraqlarına xidmət etdiyini düşünməyə daha çox ehtimal var. İranlılar Gürcüstandakı azərbaycanlıları bu yolla daha asanlıqla ələ ala biləcəklər".