Mard: "Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı razılıq əldə olunması çox müsbət haldır”

"Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutması, habelə növbəti görüşlə bağlı razılığın əldə olunması çox müsbət göstəricidir". Bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. M. Mard qeyd edib ki, Aİ belə görüşlərin keçirilməsini yüksək qiymətləndirir: "Avropa İttifaqı olaraq biz çox şadıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində belə addımlar atılır. Qeyd edim ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar".   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31