Rusiya və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya və Fransanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Rusiya XİN-in verdiyi məlumata görə, mayın 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla fransalı həmkarı Jan-Mark Eyro arasında telefon danışığı olub. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Ukrayna problemi, 3 iyun tarixində Yaxın Şərq məsələsinin həlli ilə bağlı Parisdə keçiriləcək beynəlxalq görüş və ikitərəfli əlaqələr də müzakirə edilib. Telefon danışığı fransalı nazirin təşəbbüsü ilə baş tutub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31