Rumıniya Azərbaycandakı səfirini geri çağırdı
1 İyun 2016 14:41 SiyasətRumıniya prezidenti Klaus Yohannis bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunun geri çağırılması haqqında fərman imzalayıb. Report bildirir ki, fərmanla Çiobanu səfir vəzifəsindən geri çağırılıb. Rumıniya prezidentinin imzaladığı fərman bu ölkənin daha 6 dövlətdə - İsveçrə, Braziliya, Serbiya, Küveyt, Pakistan və İranda çalışan səfirlərinə də şamil olunacaq. Fərmana əsasən, Rumıniyanın həmin səfirləri fərman dərc olunduğu vaxtdan 90 gün müddətinədək səfir missiyasını bitirməlidirlər.
Qeyd edək ki, D.K.Çiobanu Azərbaycanda səfir fəaliyyətinə 2011-ci ildə başlayıb. Bundan əvvəl diplomat Rumıniyanın Moskvadakı səfirliyində 1-ci katib vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31