Azərbaycan prezidentinin köməkçisi: “ABŞ-la bütün sahələrdə münasibətlərimiz rəvandır”

"ABŞ və Avropa dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimiz çox rəvandır, proqramlaşdırılılan, proqnozlaşdırılandır və qarşılıqlı maraqlara söykənib". Məlumata görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov ABŞ-Azərbaycan münasibətlərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan bu ölkələrlə daxili işlərə qarışmamaq, bir- birinin maraqlarını müdafiə etmək prinsiplərinə sadiqdir və bir sıra sahələrdə ortaq maraqlara malikdir: "Bu ölkələr sırasında ABŞ xüsusi əhəmiyyət kəsb edir. Bütün sahələrdə bu ölkə ilə münasibətlərimiz rəvandır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31