Putin və Sarkisyan bu gün görüşə bilər
31 May 2016 10:49 SiyasətErmənistan prezidenti Serj Sarkisyan Qazaxıstana səfərə gedib.Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.Məlumata əsasən Sarkisyan Qazaxıstanın paytaxtı Astanada Avrasiya İqtisadi Birliyinin (AİB) prezidentlərinin iclasında iştirak edəcək.AİB-in iclasına Qazaxıstan lideri Nursultan Nazarbayev, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşernko da qatılacaq.Qeyd edək ki, Rusiya XİN-in MDB ölkələri dördüncü departamentinin direktoru Aleksey Pavlovski ötən həftə verdiyi bəyanatda iclası zamanı Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyan və Vladimir Putinin görüşəcəyi istisna etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31