Yaponiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqaz regionunda sülh və stabillik üçün vacibdir
5 Aprel 2016 14:53 Siyasət"Yaponiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərin narahatlığını ifadə edir və münaqişə qurbanlarının ölümü ilə bağlı başsağlığı verir". APA-nın xəbərinə görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatında deyilir. "Dağlıq Qarabağ münaqişəsinin yekun həlli Cənubi Qafqaz regionunda sülh və stabillik üçün vacibdir. Yaponiya ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamərində səylərini dəstəkləyir və beynəlxalq hüquq prinsipləri əsasında həllinə ümid edir", -deyə bəyanatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31