Müdafiə Nazirliyindən təkzib

Müdafiə Nazirliyi LifeNyus telekanalının təxribat xarakterli tele-süjetinə dair təkzib yayıb. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, guya Suriyada İŞİD terrorçu təşkilatının tərkibində fəaliyyət göstərən azərbaycanlıların Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə Türkiyə ərazisindən keçərək Azərbaycana gəlmələri barədə yaydıqları məlumatlar tamamilə əsassızdır və dezinformasiyadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi-texniki imkanları və potensialı ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və toxunulmazlığının yüksək səviyyədə təmin edilməsi üçün tam yetərlidir. Bir daha bildiririk ki, istənilən terror təşkilatının fəaliyyəti onun üzvlərinin milli, dini və digər mənsubiyyətindən asılı olmayaraq, beynəlxalq sülh və təhlükəsizliyə, eləcədə milli təhlükəsizliyə ciddi təhdiddir. Hər hansı niyyətlə, Azərbaycan Respublikasının ərazisinə keçməyə cəhd edən terror təşkilatı üzvləri müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31