Rusiyalı ekspert: Erməni maraqlarının Rusiya mediasına təsiri açıq-aşkardır

Rusiya informasiya məkanında Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət Bakı üçün aşkar ağırdır, belə ki, ermənilərin maraqlarının Rusiya mediasına təsiri artıq çoxdan məlumdur və bu artır. Bunu Trend-ə "Şimal-Cənub" Politoloji Mərkəzinin eksperti Aleksandr Karavayev deyib. Onun sözlərinə görə, Bakı baş verənlərə hazır deyildi: "Əgər Bakı bu hərbi kampaniyanın təşəbbüskarı olsaydı, informasiya baxımından ona hazırlaşardı. Yəqin Azərbaycanın Rusiyadakı səfirliyi müəyyən qərargah yaradaraq mətbuat üçün gündəlik brifinqlər təşkil edərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31