“Rusiya və Qərbin sülh çağırışları insanlarda ikrah hissi doğurur”

Bunu Milli Məclisin iclasında millət vəkili Elmira Axundova deyib. E.Axundova qeyd edib ki, Ermənistan tərəfinin təxribatçı addımları səbri tükətmişdi: "Azərbaycan işğal altında olan torpaqlarını gez-tez geri qaytarmalıydı. Bu hansı vasitə ilə olursa olsun həyata keçirilməliydi. Keçən illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Son günlərdə isə Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlar keçirərək, müsbət nəticələr əldə edir. Bu baxımdan yenidən məsələni nəticəsiz danışıqlar yoluna çevirmək istəyənlərin çağırışı heç bir məna kəsb etmir". E.Axundova qeyd edib ki, Ermənistan terrorçu dövləti olduğundan hər an ölkəmizə qarşı terror aktı törədə bilər: "Azərbaycanda görülən təhlükəsizlik tədbirləri yetərli deyil. Bu vəziyyəti nəzərə alaraqn təhlükəsizlik tədbirləri gücləndirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31