Müdafiə Nazirliyi mətbuat nümayəndələrinə müraciət edib

Ermənistan kütləvi informasiya vasitələrində cəbhəboyu zonada baş verən hadisələrlə bağlı bir-birinin ardınca yalan məlumatlar yayılmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, cəbhədə baş verən hadisələr haqqında mütəmadi olaraq nazirliyin rəsmi internet səhifəsində məlumatlar yerləşdirilir: "Ermənistan KİV-nin yaydığı məlumatlardan istifadə etməməyi tövsiyə edirik. Çünki onların məlumatları yalandır, şayiədir və real vəziyyəti əks etdirmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31