Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüş vaxtı bilindi
31 Mart 2016 17:11 SiyasətAzərbaycan, Rusiya və İranın xarici işlər nazirləri aprelin 7-də Bakıda görüşəcəklər. Trend bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, görüşdə regional əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılıb: "O cümlədən perspektivli nəqliyyat layihələrini və Xəzərdə çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək nəzərdə tutulub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31