Aydında 31 Mart soyqırımı ilə bağlı konfrans keçirilib
31 Mart 2016 16:08 SiyasətMilli Məclisin deputatı Qənirə Paşayeva Aydında 31 Mart soyqırımı və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı konfransa qatılıb. "Olaylar" xəbər verir ki, Türkiyənin Aydın vilayətində, Nazillidə 31 Mart soyqırımı və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı konfransa qatılan Q.Paşayeva qondarma "erməni soyqırımı" iddialarının yalan olması, tarixdə ermənilərə qarşı heç bir soyqırımın olmaması, erməni terror və silahlı dəstələrinin türk insanına qarşı həyata keçirdiyi soyqırımlar, 31 Mart soyqırımı barədə geniş məruzə ilə çıxış edərək gənclərin tarixi dərindən bilməsinin vacibliyini vurğulayıb. Q.Paşayeva çıxışında 31 Mart soyqırımı, 1992-ci il Xocalı və Qaradağlı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları,1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib. O, bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu soyqırımların, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Deputat Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirmişdir : "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır". Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan Q.Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir" - ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib:"Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər". Q.Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.O, deyib ki, "qondarma erməni soyqırımı"na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib: "Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir. İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək". Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü və gələcək prespektivləri barədə də geniş çıxış edən Q.Paşayeva sualları da cavablandırıb və tədbir iştirakçılarına həmmüəllifi olduğu "Karabağ hikayeleri"ni imazalı hədiyyə edib.
Tədbirin sonunda Nazilli bələdiyyəsinin sədri, Nazilli Kaymakamı Q.Paşayevaya özəlliklə gənc nəsillərin doğru yetişməsi üçün bu cür konfranslara böyük ehtiyac olduğunu deyiblər, onun fəaliyyətini yüksək qiymətləndirərərk diplom təqdim ediblər və yaxın zamanlarda yenidən konfrans vermək üçün dəvət edidblər. Dəvəti böyük məmuniyyətlə qəbul edən Q.Paşayeva konfrasndan sonra bölgənin fəal gənclər təşkilatları və qadın təşkilatları ilə də görüşüb və geniş fikir mübadiləsi apararaq onları Azərbaycana dəvət edib.