Prezident: "Cənub Qaz Dəhlizi" Monteneqronun inkişafında Azərbaycanın sadiqliyini sübut edir

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Monteneqro və bütün Balkan regionunun inkişafında Azərbaycanın sadiqliyini sübut edir. Trend-in məlumatına görə, bunu Monteneqro Prezidenti Filip Vuyanoviç "bne IntelliNews" nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Bakı və Podqoritsa arasında olan möhkəm tərəfdaşlıq münasibətləri Monteneqroya iqtisadiyyatın şaxələndirilməsində kömək edə bilər: "Azərbaycanla münasibətlərimizdən çox razıyam. Azərbaycan qazının idxalı Monteneqronun sənaye inkişafına təkan verəcək və əlaqələrimizi daha da möhkəmləndirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31