Həsən Zeynalov Türkmənistana səfir göndərildi
24 Dekabr 2015 07:30 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Virtualaz.org saytı bildirir ki, sərəncamla Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Virtualaz.org saytı xatırladır ki, Həsən Zeynalov bundan əvvəl Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışmış və və noyabrın axırlarında geri çağırılmışdı.
Yeri gəlmişkən, dövlət başçısının digər sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.