Dövlət başçısı: “Biz geosiyasi və hərbi riskləri azaldırıq”

"Bölgədə proseslərin mənfi istiqamətdə getməsinə baxmayaraq, biz geosiyasi və hərbi riskləri azaldırıq". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində keçirilən mərasimində çıxışı zamanı deyib. O bildirib ki, xalqın əmin-amanlıq və rifah içərisində yaşaması, ölkədə siyasi və iqtisadi proseslərin müsbət istiqamətdə getməsi qarşıda duran əsas məqsədlərdir. Prezident çıxışının sonunda idmançılara qarşıdan gələn 2016-cı ildə, xüsusən qarşıdan gələn növbəti Yay Olimpiya Oyunlarında yeni qələbələr arzulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00