Azərbaycandakı seçkiləri Misir mətbuatı geniş işıqlandırıb
3 Noyabr 2015 14:21 SiyasətNoyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin gedişi və nəticələri Misirin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Azərbaycanın Misirdəki səfirliyindən bildiriblər ki, həmin xəbərlərdə seçkilərin şəffaf və demokratik keçdiyi, seçicilərin səsvermədə fəal şəkildə iştirak etdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, parlamentdə 125 mandat uğrunda 800-dək namizəd mübarizə aparıb. Seçki prosesində 22 partiya iştirak edib. Səsvermənin gedişini 40 beynəlxalq təşkilatın və 50-dən çox ölkənin nümayəndələrinin müşahidə etdikləri də xəbərlərdə xüsusi vurğulanıb.
Seçkilərlə bağlı məlumatlar Azərbaycanın Misirdəki səfirliyinin bəyanatlarına və beynəlxalq kütləvi informasiya vasitələrinə istinadla verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00