Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamədə dəyişikliklər edildi
3 Noyabr 2015 14:17 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Trend-in məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 24-cü maddəsində "uçotdan" sözü "qeydiyyatdan" sözü ilə əvəz edilsin və həmin maddəyə "qeydiyyata" sözündən əvvəl "xüsusi" sözü əlavə edilsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00