MDHP-dən seçki açıqlaması
Seçkilər şəffaf keçib
3 Noyabr 2015 14:07 SiyasətParlament seçkilərinin ilkin nəticələriylə bağlı Milli Dirçəliş Hərəkatı Partiyası açıqlama yayıb. Partiyadan "OLAYLAR"-a daxil olan açıqlamada qeyd olunur ki, 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərə Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən 63 namizəd irəli sürülmüşdü. MDHP-nin irəli sürsüyü namziədlərdən 17-si rəsmən qeydiyyata alınıb və seçki marafonuna qoşulub. Parlament seçkilərində 17 namizədlə mübarizə aparan MDHP verilmiş imkanlar daxilində aktiv təbliğat siyasəti qura bilib, təbliğt-təşviqat kampaniyasını uğurla həyata keçirib.
MDHP-nin mübarizə apardığı 17 dairədə isə bütün məntəqələr üzrə partiyanın müşahidəçiləri, vəkilləri və səlahiyyətli nümayəndələri vasitəsiylə seçki prosesi əvvəldən axıra tam müşahidə edilib, Seckilərin tamamilə şəffaf və demokratik keçirilməsinə baxmayaraq müəyyən məntəqələrdə nöqsanlar olub, qeydə alınmış nöqsanlar üzrə müvafiq addımlar atılmış və aradan qaldırılıb. Bu dairələrin hər birində MDHP-nin namizədləri xeyli səs toplasa da ilkin nətiçələrə görə, partiya tərəfindən 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Quliyev Fərəc İbrahim oğlu ciddi rəqabətlə müşayət olunan yarışda səslərin çoxunu qazanaraq rəqiblərini üstələyib. Digər 16 dairədə isə MDHP-nin namizədləri 2-ci yerdə və ya ilk üçlükdə qərarlaşıblar.
MDHP Ali Məclisi Yuxarı Palatası belə bir qənaətə gəlir ki, nəticələrə təsir etməyən xırda pozuntular istisna olmaqla seçki qanunvericiliyə uyğun keçirilib, partiyanın namizədlərinə və onları təmsil edən nümayəndələrə qarşı hər hansı təzyiq göstərilməsi halları qeydə alınmayıb. Şəffavlığın təmini baxımından ötən seçkilərə nisbətən daha qənaətbəxş olan bu seçkidə, KİV-nin iştirakına daha da geniş şərait yaradılıb.