Politoloq: “Azərbaycanın seçki təcrübəsi bir çox dövlətlərə nümunədir”

"Azərbaycanda noyabrın 1 -də keçirilmiş parlament seçkiləri şəffaf və  demokratik şəraitdə keçdi". Bu sözləri Secki-2015.az saytına açıqlamasında politoloq Ramiz Alıyev deyib. O bildirib ki, Azərbaycanın əldə etdiyi seçki təcrübəsi bir çox dövlətlərə nümunə olmalıdır.

Onun sözlərinə görə, bunu təkcə yerli deyil, seçkiləri izləyən beynəlxalq müşahidəçilər də deyir: "Əhalinin seçkilərdə fəallığı, dairələr üzrə kifayət qədər namizədin qeydə alınması Azərbaycanda demokratiyanın inkişaf etdiyini göstərir. Vətəndaşlar ölkənin ictimai-siyasi həyatında fəal rol oynayırlar".

R.Alıyev qeyd edib ki, məntəqələrə veb-kameraların quraşdırılması, seçki prosesini sərbəst şəkildə izləmək üçün müşahidəçilərə lazımi şəraitin yaradılması Azərbaycanın demokratiya yolunda inamla addımladığını sübut edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00