Sergey Balmasov: Qərbin qərəzli mövqeyi gözlənilən idi
3 Noyabr 2015 12:13 Siyasət"Azərbaycanın Qərblər münasibətlərində soyuqluq var. Ona görə də seçkilərdən sonra belə qərəzli mövqe gözlənilən idi". Secki-2015.az saytına açıqlamasında Rusiya Böhranlı Cəmiyyətlərinin Öyrənilməsi Mərkəzinin analitiki Sergey Balmasov belə deyib.
Onun sözlərinə görə, əslində bir çox Avropa təşkilatlarının öz müşahidəçilərini seçkilərə göndərməməsi gülünc addım idi: "Çünki seçkilər normal keçdi. Hər hansı nöqsan qeydə alınmadı. Qərb bəzi ölkələrdə keçirilən seçkilər zamanı qeydə alınan nöqsanlara əhəmiyyət vermir. Götürək elə, Ukraynadakı seçkiləri. Qərb bir dəfə də olsun orada qeydə alınan qanun pozuntuları ilə bağlı heç olmasa, formal da olsa tənqid səsləndirmədi. Bu, bir daha Avropa strukturlarının obyektiv olmadığını təsdiqləyir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00