AB-nin seçki açıqlaması 5-ci kolon üçün soyuq duş effektidir
3 Noyabr 2015 11:58 Siyasət"Avropa Birliyi noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkisininin beynəlxalq standartlara cavab verdiyini bildirib. Qurum demokratik, azad və şəffaf keçirilən seçki nəticəsində formalaşan yeni parlament, eləcə də Azərbaycanın digər dövlət strukturlarıyla əməkdaşlığa hazır olduğunu da vurğulayıb". "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Sahib Alıyev deyib ki, Avropa Birliyinin bu açıqlaması təkcə qərbdə Azərbaycanın Dağlıq Qarabağ və müstəqillik məsələsndə güzəştə getmək istəməməsindən qeyzlənərək ölkəmizi qaralayan qüvvələr deyil, başqalarına da sərf etmədi: "O qüvvələrə ki, ölkəmizlə qərb arasında qarşıdurmanın güclənməsindən faydalanaraq bizi özlərindən tam asılı vəziyyətə salacaqlarını planlaşdırırdılar. Eləcə də əgər sinir hüceyrələri tam korşalmayıbsa, Azərbaycanda bəlkə də qaytardılar düçüncəsilə yaşayan bəziləri, yəni 5-ci kolondakılar üçün də bu açıqlama soyuq duş effekti yaratdı".