Prezident İlham Əliyev Türkiyənin Baş nazirini təbrik edib
2 Noyabr 2015 17:42 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib. Trend Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, dövlətimizin başçısı Baş nazir Əhməd Davudoğlunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdi. Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını ifadə edən Türkiyə Respublikasının Baş naziri, öz növbəsində, hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00