Rusiyalı politoloq: Azərbaycanda parlament seçkilərinin nəticələri tam qanunauyğundur
2 Noyabr 2015 17:41 SiyasətAzərbaycanda parlament seçkilərinin nəticələri və hakim Yeni Azərbaycan Partiyasının (YAP) qələbəsi tam qanunauyğundur. Trend-in məlumatına görə, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Stanislav Pritçin Moskva-Bakı video-körpüsündə deyib. Onun sözlərinə görə, Azərbaycan bir sıra sahələrdə Rusiyanın vacib tərəfdaşıdır: "Azərbaycanla əməkdaşlıq regionda təhlükəsizliyi təmin etmək və terrorçuluqla mübarizədə ən zəruri məsələlərdən biridir". S.Pritçin Rusiyaya ərzaq məhsullarının tədarükünün təmin edilməsində və sanksiyalar fonunda ölkədə qıtlıqla mübarizədə Azərbaycanın vacib rolunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00