Dünya mətbuatı : Azərbaycanda seçkilər xalqın iradəsini ifadə edir

Azərbaycanda parlament seçkilərini izləyən Avropalı siyasətçilər səsvermə prosesini şəffaf və demokratik adlandırıb, seçkinin beynəlxalq standartlara uyğun keçirildiyini bildiriblər. Secki-2015.az saytı xəbər verir ki, bu barədə "PRNewswire" saytı yazıb. Seçkiləri izləyən AŞPA müşahidə missiyası bazar ertəsi bəyanat yayaraq, səsvermə prosesinin beynəlxalq standartlara uyğun keçirildiyini dilə gətirib. Missiyanın müşahidələri qeyd etməyə əsas verir ki, hazırlıq və səsvermə prosesi peşəkarcasına təşkil olunub. Müşahidə missiyası bu qənaətə gəlib ki, seçici fəallığı, səsvermə və səslərin sayılması prosedurlarının şəffaflığı Azərbaycanın azad, ədalətli və demokratik seçkilərə doğru daha bir əhəmiyyətli addım atdığını deməyə əsas verir. Səsvermənin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir. Avropa Parlamentinin üzvü Frans Obermayr jurnalistlərə bildirib ki, Azərbaycanda baş tutan seçkilərdə şəffaflıq var. O, həmçinin, namizədliyini irəli sürən Azərbaycan qadınlarını təbrik edib. Avropa Seçki Akademiyasının müşahidəçisi Volfqanq Qrossruk vurğulayıb ki, ümumiyyətlə seçkilər yüksək səviyyədə keçirilib: "Səslərin verilməsində və hesablanmasında heç bir problem yoxdur. Ümumiyyətlə, seçkilər yüksək səviyyədə keçirilib". Sayt seçkiləri müşahidə etmiş beynəlxalq müşahidəçilərin, həmçinin, "exit-poll" keçirən xarici təşkilatların seçkilərin demokratik prinsiplərə uyğun keçirilməsi haqda fikirlərinə yer ayırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00