AŞPA-dan möhtəşəm seçki açıqlaması
“Səsvermənin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir”
2 Noyabr 2015 17:29 SiyasətNoyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən beynəlxalq təşkilatlar artıq öz seçki müşahidələrinin nəticələrini açıqlayırlar. Sevindirici hal ondan ibarətdir ki, seçki prosesini müşahidə edən bütün beynəlxalq təşkilatlar və qurumlar səsvermə porosesinin azad və ədalətli, demokratik qaydada keçirildiyini bildirirlər. Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası da seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. AŞPA müşahidə missiyasının rəhbəri, ispaniyalı parlamentari Jordi Çukla bildirib ki, AŞPA-nın Seçkiləri Müşahidə Missiyası Azərbaycan hakimiyyəti tərəfindən dəvət edilib. Müşahidə Missiyasına 28 nəfər daxil olub. Müşahidə Missiyası paytaxt Bakıda və əyalətlərdə seçki müşahidələri aparıb.
Jordi Çukla deyib ki, seçkilər beynəlxalq standartlara və Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilib: "Seçkinin demokratik keçirilməsi üçün uyğun baza yaradılıb. Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilib. Səs verənlərin seçki məntəqələrinə girişinə maneə olmayıb. Mərkəzi Seçki Komissiyası prosesin şəffaflığına töhfə verərək mütəmadi məlumatlar dərc edib. Seçkilərə hazırlıq və səsvermə prosesi peşəkarlıq və texniki cəhətdən yaxşı təşkil olub. Seçici siyahısına bütün seçicilərin adı daxil edilib. Seçki pozuntusunun şahidi olmamışıq". Müşahidə missiyasının rəhbəri tərəfindən o da bildirilib ki, seçki məntəqəsi ətrafında polis olmayıb. Jordi Çukla bildirib ki, məntəqələrin 20 faizində kameralar quraşdırılıb və seçkilər yerli media tərəfindən geniş işıqlandırılıb: "Bununla belə, səslərin sayılmasında nöqsanlar olub. Bu, seçki komissiyasında çalışanların təcrübəsizliyi səbəbindən baş verib. Lakin bu amil seçkinin nəticəsinə təsir etməyib". Missiyanın rəhbəri ATӘT DTİHB və ATӘT Parlament Assambleyasının Azərbaycana müşahidә missiyası göndәrilmәməsindәn tәəssüfləndiyini qeyd edib: "Lakin çoxsaylı müşahidәçilәr var idi. Seçici fәallığında әhәmiyyәtli artım olub. Seçkilər xalqın iradәsini tam ifadә edib". O daha sonra qeyd etdi ki, Azәrbaycan assambleyanın monitorinq proseduru tәrkibindәki ölkә olduğuna görә, missiya Azәrbaycanın Avropa Şurasına üzvlüyü zamanı razılaşdırılmış vәzifәlәr vә öhdәlikәrini yerinә yetirmәsi üçün AŞPA-ya Azәrbaycan hakimiyyәti ilә әmәkdaşlığı davam etdirmәyi tövsiyә edir.
Jordi Çukla bildirib ki, seçkilər Azərbaycanın Seçki Məcəlləsinə uyğun keçirilib: "Seçkinin demokratik keçirilməsi üçün uyğun baza yaradılıb. Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilib. Seçici fәallığında әhәmiyyәtli artım olub. Seçkilər xalqın iradәsini tam ifadә edib". Mətbuat konfransındakı çıxışından sonra Jordu Çukla kütləvi informasiya vasitələrinin nümayəndələrinin suallarını cavablandırıb. "Daha sonra verəcəyiniz yekun bəyanat indikindən fәrqlənə bilərmi" sualına cavabında Jordi Çukla bildirib ki, bu, çox spekulyativ olar: "Biz öz bәyanatımızda nәlәri müşahidә etmişiksә, onu qeyd etmişik". Azərbaycanda səfərdə olduğu müddətdə Müşahidə Missiyasının hansı dairələrdə görüşlər keçirdiyinə gəlincə Jordi Çukla deyib ki, səfər zamanı Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, eləcə də bir sıra ictimai təşkilat rəhbərləri, digər qurumlarla görüşlər keçirilib.
Jordi Çuklanın açıqlamasından sonra missiyanın seçkilərlə bağlı yekun rəyi açıqlanıb. Yekun rəydə də qeyd olunur ki, seçki günü səsvermə prosesi ölkə ərazisində sakit və sülh şəraitində keçib. Səsvermə prosesinin adekvat və beynəlxalq standartlara uyğun olduğu müşahidə edilib. Müşahidə missiyası Azərbaycan xalqını seçki prosesi zamanı nizamlı və dinc davranışına görə təbrik edir. Rəydə o da vurğulanır ki, Mərkəzi Seçki Komissiyası seçki məntəqələri açılandan hesablama, həmçinin nəticələr cədvəlləşənə qədər prosesin şəffaf olması üçün tövhə verib. Müşahidəçilər seçicilərin məlumat əldə etməkləri üçün şərait, seçici qeydiyyatında fərdilik və seçki materiallarının keyfiyyətində yaxşılaşma olduğunu qeydə alıb. AŞPA Müşahidə Missiyası qeyd edir ki, Avropa Parlamentinin, ATƏT Parlament Assambleyasının və ATƏT/DTİHB-nin imtinası onların öz müşahidə missiyalarına təsir edir. Halbuki Seçki Müşahidə Missiyası çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin iştirakını alqışlayır. Seçki məntəqəsi daxilində və yaxınlığında seçicilər tərəfindən törədilən və ya başqa bir hadisə müşahidə edilməyib. Missiya bəyan edir ki, Azərbaycan Respublikası tərəfindən ədalətli və demokratik seçkilər sahəsində atılan addımları alqışlayır. Qeyd olunur ki, səsvermənin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir.
Süleyman