ICAPP: Seçkilər yüksək səviyyədə keçirildi

Azərbaycandakı parlament seçkilərini müşahidə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) yekun açıqlama ilə çıxış ediblər. Secki-2015.az saytı xəbər verir ki, konfransın nümayəndələri prosesdən razılıqlarını ifadə ediblər. Qurumun həmsədri Xose Valensia seçkilərin şəffaf keçirildiyini bildirib. O, müşahidə etdiyi məntəqələrin beynəlxalq standartlara uyğunluğunu qeyd edib. Hindistan Mərkəzi Seçki Komissiyasının üzvü Vicay Joli isə çıxış edərək, parlament seçkilərinin uğurla keçdiyini və Azərbaycanın demokratiya yolunda iri addımlarla irəlilədiyini vurğulayıb. Dünən seçki məntəqələrinə baş çəkən müşahidəçilər seçicilərlə, seçki komissiyasının üzvləri ilə görüşmək imkanlarının olduğunu bildiriblər: "Hər şey normal məcrada gedirdi. Fikrimcə, seçki çox demokratik keçib". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00