Rusiyalı politoloq: Azərbaycanda parlament seçkilərinin nəticələri gözlənilən idi

Azərbaycanda parlament seçkilərinin nəticələri gözlənilən idi. Trend-in məlumatına görə, bunu Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev Moskva-Bakı video-körpüsündə deyib. ATƏT DTİHB-nin Azərbaycanda seçkiləri müşahidə etməkdən imtinasını şərh edən S.Mixeyev qeyd edib ki, bu təşkilat çoxdandır müəyyən qüvvələrin öz məqsədləri üçün istifadə etdiyi siyasi alətə çevrilib: "Fikrimcə, ATƏT qalmaqal yaradaraq Azərbaycana xeyli sayda müşahidəçi göndərmək istəyib. Onların gəlməməsi özlərinin problemidir". S.Mixeyev qeyd edib ki, seçkilər sabitlik şəraitində keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00