Azərbaycandakı seçkilər “Rossiyskaya qazeta”da

"Azərbaycanda başa çatmış parlament seçkiləri yaxşı təşkil olunmaqla yanaşı, həm də demokratik keçib". Secki-2015.az saytı xəbər verir ki, seçkiləri müşahidə edən Rusiya MSK-nın sədri Vladimir Çurovun sözügedən açıqlamasını Rusiyanın nüfuzlu "Rossiyskaya qazeta" nəşri qeyd edib. Yazı da qeyd olunur ki, ilkin məlumatlara görə, müxalifət partiyalarının da iştirak etdiyi seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının şansı daha böyük olub. Vladimir Çurov adıçəkilən nəşrə ATƏT-in seçkilərə müşahidəçi göndərməməsi ilə yanaşı, nəticələr barədə qərəzli məlumatlar yaymasına da münasibət bildirib. Rusiyalı jurnalistlərlə söhbətində MSK rəsmisi bildirib ki, ATƏT müşahidə missiyasının seçkiləri müşahidə etməmələrinə rəğmən, onların bu addımları seçki prosesinə təsir etməyib. "Bu ədalətli, şəffaf, demokratik və Azərbaycan dövlətinin qanunvericiliyinə əsaslanan seçkilər oldu". Rusiya MSK-nın sədri xatırladıb ki, şəffaf seçki qutuları, o cümlədən, evlərdə səsvermələrin təşkil olunması da sübut edir ki, seçicilər proesdə kifayət qədər fəallıqları ilə seçiliblər. Eyni zamanda, Azərbaycan MSK-nın açıqladığı rəqəm və nəticələri də deyilənləri əsaslandırır.         

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00