ESISC missiyasının rəhbəri: Azərbaycanda parlament seçkiləri bütün region üçün nümunə olmalıdır

Azərbaycanda parlament seçkiləri bütün region üçün nümunə olmalıdır. Bunu Avropa Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin (ESISC) Müşahidə Missiyasının rəhbəri Klod Monike Bakıda mətbuat konfransında deyib. Onun sözlərinə görə, seçkilər bütün Qərb normalarına uyğun keçirilib: "Proses çox yaxşı təşkil edilmişdi və seçki məntəqələrində bütün zəruri şərait yaradılmışdı. Xeyli sayda yerli müşahidəçilərin olması şəffaflığın göstəricisidir". ESISC missiyası Bakı, Sumqayıt və Xırdalanda 6 seçki dairəsində və 100 seçki məntəqəsində olub.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur. Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00