Azərbaycanda keçirilən parlament seçkiləri xarici mətbuatda geniş işıqlandırılıb
2 Noyabr 2015 16:20 SiyasətNoyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri bir sıra xarici kütləvi informasiya vasitələrində işıqlandırılıb. Tanınmış xarici mətbuat orqanları və elektron medi vasitələri ceçkilərin təşkili və səsvermə prosesi ilə bağlı ətraflı yazılar dərc edib, süjetlər yayımlayıb.
Milli Məclisə seçkilərlə bağlı Rusiyanın aparıcı televiziya kanallarında yayımlanan süjetlər xüsusilə diqqəti cəlb edib. Belə ki, "Rossiya 24" kanalında tamaşaçılara təqdim olunan videomaterialda qeyd edilir ki, respublika üzrə bütün seçki məntəqələri vaxtında açılıb. Rusiyalı jurnalistlər 132-134 saylı məktəb kompleksindəki seçki məntəqəsində olub, seçici fəallığı barədə məlumat veriblər. Həmçinin Rusiyanın NTV telekanalı da Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı süjet yayımlayıb. Telekanalın müxbiri Svetslav Qordin seçki kampaniyasının sakit keçdiyini, seçki ərəfəsində ciddi qanun pozuntularının qeydə alınmadığını bildirib. Rusiya telekanalları seçkilərdə çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin iştirakını yüksək qiymətləndiriblər. Seçicilər və müşahidəçilər üçün yaradılan şərait qənaətbəxş hesab olunub. Şimal qonşumuzun TASS informasiya agentliyi də Azərbaycanda seçkilərin gedişi ilə bağlı yazı dərc edib. Yazıda qeyd olunur ki, Azərbaycandakı seçkiləri 40 beynəlxalq təşkilatın və 50-dən çox ölkənin nümayəndələri izləyib. Beynəlxalq müşahidəçilər səsvermənin yaxşı təşkil olunduğunu, demokratik mühitdə keçdiyini, seçici fəallığının yüksək olduğunu bildiriblər. Yazıda seçki fəallığı, seçki məntəqələrində quraşdırılan veb-kameraların saçkilərin şəffaflığına dəlalət etdiyi vurğulanıb. Rusiyanın "İnterfaks" və "RiaNovosti" informasiya agentlikləri də Azərbaycanda parlament seçkilərinin şəffaf keçirildiyi barədə yazılar dərc ediblər. Rusiyanın tanınmış "Kommersant" informasiya agentliyi Azərbaycanda keçirilən seçkilərin şəffaf şəkildə keçirildiyini yazır. Məlumatda bir sıra müstəqil "exit-poll" keçirən təşkilatların nəticələri əsasında seçkilərin hakim partiyanın tam qələbəsi ilə bitdiyi qeyd olunur. Bildirilir ki, hakim partiya yeni parlamentdə ən azı 66 mandat qazanıb. Həmçinin qeyd edilib ki, 1 mandat uğrunda 6 namizədin mübarizə apardığı seçkilər insidentsiz başa çatıb. "Azərbaycanda parlament seçkiləri qanun pozuntuları olmadan keçdi". Rusiyanın "İzvestiya" qəzeti belə yazır. Yazıda bildirilir ki, demokratik prinsiplərə uyğun keçirilən seçkilər hakim partiyanın qələbəsi ilə başa çatıb. Rusiya İnsan Hüquqları müdafiəçisi Aleksandr Brod "İzvestiya"ya açıqlamasında seçkilərdə hər hansı nöqsana rast gəlmədiyini deyib: "Mən paytaxt Bakının 10-dan çox məntəqəsində müşahidə apardım. Seçki komissiyaları çox dəqiq işləyirdi. Eyni zamanda Gəncədə səsverməni izləyən əməkdaşlarla əlaqə saxladım. Hər hansı nöqsanla bağlı məlumat daxil olmadı". Aleksandr Brod həmçinin bildirib ki, müxalifət sosial şəbəkələrdə bəzi qanun pozuntularına dair məlumatlar yaysa da, onların heç biri sübuta yetirilmədi. Rusiyanın tanınmış informasiya agentlikləri Azərbaycanda baş tutmuş parlament seçkiləri haqqında yazıb. Rusiyanın RBK, RİA- Novosti, TASS, İnterfaks, Lenta.ru agentliklərində yer alan yazılarda bildirilib ki, Azərbaycandakı seçkilər sakit və hakim Yeni Azərbaycan Partiyasının inkar edilməz üstünlüyü ilə başa çatıb. Rusiyanın tanınan MİR-24 telekanalı qeyd edib ki, seçkiləri 503 beynəlxalq və 66 min yerli müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamasından sitat gətirən kanal vurğulayıb ki, Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə və ölkə qanunvericiliyinə uyğun keçirilib. "Azərbaycanda parlament seçkiləri başa çatıb və bütün məntəqələr yerli vaxtla saat 19:00-da bağlanıb". Bu barədə Rusiyanın İTAR- TASS informasiya agentliyi yazır. Rusiya mətbuatına görə,125 dairə üzrə 5547 məntəqədə artıq deputatlığa namizədlərə verilmiş səslər hesablanmağa başlayıb. Qeyd edilir ki, şəffaf səsvermə qutuları yerli və xarici müşahidəçilərin, eləcə də KİV nümayəndələrinin nəzarəti altında açılır və bu proseslə maraqlanan şəxs min məntəqədə quraşdırılmış veb-kameralar vasitəsilə internetdən izləyə bilər. Sayt onu da qeyd edir ki, qanunvericiliyə görə, MSK-ya son nəticələr üçün 20 gün vaxt verilir. Məhz bundan sonra rəsmi nəticələr təsdiq üçün Konstitusiya məhkəməsinə göndərilir.
Azərbaycandakı seçki prosesinə Türkiyə mətbuatı da yüksək diqqət göstərib. "Anadolu" informasiya agentliyi seçki prosesi barədə hazırladığı materialda bir çox təşkilata istinad edib. Qeyd edilib ki, Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxlaq standartlara uyğun olub, seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntusu qeydə alınmayıb. Həmçinin Türkiyə televiziyaları da seçkiyə geniş yer verib. TRT televiziyası seçki monitorinq koalisiyasının keçirdiyi mətbuat konfransı barədə də süjet hazırlayıb. Sujetdə ölkənin əksər seçki məntəqələrində monitorinq aparıldığı və seçicilər üçün gər cür şərait yaradıldığı əksini tapıb. Türkiyənin "İhlas" xəbər agentliyi də Azərbaycanda keçirilən parlament seçkilərindən yazıb. Agentlik səsvermə prosesi ilə bağlı seçicilərin fikirlərini öyrənib. Belə qənaətə gəlinib ki, seçicilər sərbəst şəkildə öz namizədlərinə səs vermək imkanı əldə ediblər.
Azərbaycanda keçirilmiş parlament seçkiləri barədə Tacikistanın "XOVAR" milli xəbər agentliyi geniş məlumat yayıb. Agentlik hakim Yeni Azərbaycan Partiyasının 71 dairədə qalib gəldiyini yazıb. Qeyd olunub ki, ölkənin əsas siyasi partiyalarının 767 namizədi 125 yer uğrunda mübarizə aparıb. Seçici fəallığı 55.7% olub. Mərkəzi Seçki Komissiyasında 503-ü əcnəbi olmaqla 66 000 müşahidəçi akkreditasiyadan keçib. Həmçinin Qazaxıstanın rəsmi informasiya agentliyi "Kazinform" Azərbaycanda baş tutan parlament seçkilərinin ilkin nəticələri barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, səsvermədə seçicilərin 55.7%-i iştirak edib. Seçkilər zamanı "ELS" Müstəqil Araşdırmalar Mərkəzi və "RƏY" Monitorinq Mərkəzi "exit-poll" keçirib. "Exit-poll"un nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyası parlamentdə mandat çoxluğu qazanıb. Agentlik digər təşkilatların da müxtəlif seçki dairələrində "exit-poll" keçirdiklərini qeyd edib. Onu da qeyd edək ki, "Kazinform" seçkilərlə bağlı xəbərlərində dəfələrlə Secki-2015.az saytına istinad edib. Çinin "Xinhua" agentliyi Azərbaycanda uğurla baş tutan parlament seçkilərindən yazıb. Yazıda Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin hesabat öz əskini tapıb. Yazıda bildirilir ki, hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanıb. Agentliyin yaydığı məlumatda göstərilir ki, seçki məntəqələri saat 19.00-da bağlanıb, seçicilərin 55.7%-i seçkilərdə iştirak edib: "Ən yüksək seçici fəallığı Xəzər (81.2%) rayonunda qeydə alınıb. Seçkiləri beynəlxalq təşkilatlardan 503 müşahidəçi izləyib. Onlar seçkinin çox yaxşı təşkil olunduğunu, demokratik və şəffaf mühitdə keçdiyini bəyan ediblər". Belarusun rəsmi "Belta" agentliyi Azərbaycanda baş tutan parlament seçkilərindən yazıb. Yazıda seçki barədə müfəssəl məlumat (namizədlərin, seçicilərin, seçki məntəqələrinin sayı və sair) verilib. Agentlik qeyd edib ki, seçkilərin şəffaflığını təmin etmək məqsədilə məntəqələrin çoxunda veb- kameralar quraşdırılmışdı. Seçkiləri 40-dan çox beynəlxalq təşkilatdan 503 müşahidəçi izləyib. Beynəlxalq təşkilatlarla yanaşı, Avstraliya, İtaliya, Litva, Latviya və digər ölkələrin müşahidəçiləri də səsvermə prosesinin şahidi olublar.
Alim