Pakistanlı deputatlar: Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu

Azərbaycanda seçkilər şəffaf və demokratik keçirilib. Biz Azərbaycanda yüksək səviyyədə təşkil olunmuş şəffaf və demokratik seçkiləri müşahidə etdik. Secki-2015.az saytının xəbərinə görə, bu fikilər seçkiləri müşahidə edən Pakistan Senatının müşahidə missiyasının üzvləri keçirdikləri mətbuat konfransında bildiriblər.

Nümayəndə heyətinin rəhbəri Müsahid Hüseyn Seyid Bakıda 25 seçki məntəqəsində müşahidə apardıqlarını bildirib: "Seçicilər və məntəqə üzvləri ilə söhbət etdik.  Müşahidələrdən bu qənaətə gəlmişik ki, Azərbaycanda seçkilər şəffaf və demokratik keçirilib. Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan xalqını təbrik edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00