Fransalı deputat : Seçkilər tam azad şəraitdə keçib

Fransa Milli Məclisinin üzvü, Fransa-Azərbaycan Dostluq qrupunun rəhbəri Mişel Vuazen Secki-2015.az saytına Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı təəssüratlarını bölüşüb. Fransız deputat Bakıda bir çox seçki məntəqəsində səsvermə prosesini izlədiyini və müşahidələr zamanı heç bir qanunazidd hal qeydə alınmadığını bildirib. Deputat səsvermənin sakit və mədəni şəkildə keçdiyini, bəzi məntəqələrdə izdihamın müşahidə olduğunu qeyd edib. Ümumilikdə isə o, seçkiləri tam azad və qanunauyğun hesab edib. M.Vuazen dəfələrlə müxtəlif missiyaların tərkibində ayrı-ayrı ölkələrdə, o cümlədən Azərbaycanda seçki prosesini izlədiyini qeyd edib. Bəzi ölkələrdən fərqli olaraq, Vuazen Azərbaycanda müşahidəçilərin seçki məntəqəsinə buraxılmaması hallarına rast gəlmədiyini deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00