Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin uğurla başa çatması və bu seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbəsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Trend-in məlumatına görə, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycanın inkişafı xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsi, eləcə də Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının möhkəmlənməsi baxımından olduqca vacibdir: "Hesab edirəm ki, Azərbaycanın inkişafı və möhkəmlənməsi regionun çiçəklənməsinə xidmət edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00