Bolqarıstanlı müşahidəçi : Azərbaycan xalqı sabitliyə səs verdi

Azərbaycanda keçirilən parlament seçkilərində fəallıq Avropa normalarından artıq idi. Secki-2015.az saytının məlumatına görə, bunu Bolqarıstan parlamentinin deputatı, iqtisadiyyat və turizm komitəsinin sədri Peter Kanev noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla paralel Bolqarıstanda da bələdiyyə seçkilərinin ikinci mərhələsi keçirilib: "Azərbaycanda keçirilən seçkilərdə seçici fəallığı təxminən 52-53 faiz, Bolqarıstanda isə təxminən 50 faiz təşkil etdi. Azərbaycan parlament seçkilərində stabilliyə səs verdi".

Müşahidəçi kimi çox ölkələrdə, o cümlədən postsovet ölkələrində seçkiləri izlədiyini deyən bolqarıstanlı deputat söyləyib ki, Azərbaycan vətəndaşı seçkilərdəki iştirakı ilə sabitliyin tərəfdarı oduğunu nümayiş etdirdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00